Modern.az

Özəl təhsil müəssisələrində monitorinqlər keçiriləcək

Özəl təhsil müəssisələrində monitorinqlər keçiriləcək

Aktual

22 Yanvar 2013, 08:59

Bütün özəl məktəbəqədər və ümumitəhsil müssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq üçün yanvar ayının sonlarında monitorinqlərin keçirilməsi nəzərdə tutulub. Monitorinqlər zamanı lisenziya şərtlərini pozan məktəblərə qarşı müəyyən tədbirlər görülə bilər”.

Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin Modern.az saytına verdiyi məlumata görə, monitorinqi Təhsil Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi birgə aparacaq. Onun sözlərinə görə, Azərbaycanda bütün özəl təhsil müəssisələrinin lisenziya tələblərinə uyğun fəaliyyət göstərib-göstərmədiyini araşdırmaq üçün yanvar ayının monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Şöbə müdiri onu da bildirib ki, təhsil müəssisələri Nazirlər Kabinetinin müəyyənləşdirdiyi lisenziya şərtlərinə uyğun fəaliyyət göstərməlidirlər.

“Hər il təhsil müəssisələri onlarda lisenziya şərtlərinə uyğun olaraq hansı dəyişikliklərin baş verdiyi barədə Təhsil Nazirliyinə məlumat verirlər. Monitorinq də həmin dəyişikliklərin yoxlanması məqsədilə həyata keçiriləcək. Bu da İqtisadi İnkişaf Nazirliyilə razılaşdırılmış şəkildə olacaq”, – şöbə müdiri qeyd  edib.

H.Zərbəliyevin sözlərinə görə, monitorinqlər zamanı lisenziya şərtlərini pozan təhsil müəssisələri qarşı müəyyən tədbirlər görülə bilər. Bu tədbirlər məktəblərin nöqsanlarına uyğun olaraq, müəyyən ediləcək. Lisenziya şərtlərini ciddi pozan təhsil müəssisələrin, hətta fəaliyyəti dayandırıla bilər.

Şöbə müdiri onu da bildirib ki, monitorinqlər yanvardakı tətillə əlaqədar ayın sonunda keçiriləcək.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı