Modern.az

Azərbaycanda ağır yol qəzası: 2 ölü, 4 yaralı

Azərbaycanda ağır yol qəzası: 2 ölü, 4 yaralı

Aktual

22 Yanvar 2013, 11:25

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yevlax rayonu, Aran qəsəbəsində Bakı-Qazax yolunun 304-cü kilometrliyində “Volkswagen” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə, “VAZ” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb, 4 nəfər sərnişini, o cümlədən, 1 nəfər azyaşlı xəsarət alıb və xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:15-də başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı