Modern.az

İsa Qəmbər yanvarın 27-də Lənkərana gedəcək

İsa Qəmbər yanvarın 27-də Lənkərana gedəcək

Aktual

22 Yanvar 2013, 15:16

Bu gün Müsavat Partiyasının qərargahında Bakı şəhərində yaşayan Lənkəran  bölgəsinin nümayəndələri ilə partiyanın başqanı İsa Qəmbərin görüşü olub. Modern.az “musavat.com” portalına istinadən bildirir ki, görüşdə yanvarın 13-də Müsavat Partiyasının Lənkəran rayon təşkilatının bərpasının 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə partiya rəhbərliyinə daxil olan şəxslərin Lənkəran şəhərinə səfəri zamanı onlara edilən hücum haqqında məlumat verilib. Hadisədən sonra bu bölgədən olan ziyalıların, siyasi partiya nümayəndələrinin, ictimai xadimlərin, inanclı insanların, siyasi məhbusların müraciətləri və İsa Qəmbərin Lənkərana dəvət olunmasının müsbət qarşılandığı qeyd olunub. Müsavat Partiyası rəhbərliyinin Lənkərana növbəti səfərinin məqsədəuyğun olduğu haqqında fikirlər dinlənilib və bu barədə məsləhətləşmələr aparılıb.

Ümumi fikrə əsasən Müsavat Partiyası rəhbərliyinin Lənkəran şəhərinə yanvar ayının 27-də səfər etməsi dəqiqləşdirilib.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı