Modern.az

“Əsgər ölümünə son!” aksiyasında cərimələnənlər üçün 13 min manat ianə toplanıb

“Əsgər ölümünə son!” aksiyasında cərimələnənlər üçün 13 min manat ianə toplanıb

Aktual

22 Yanvar 2013, 18:21

“Əsgər ölümünə son!” aksiyasında cərimələnənlərə dəstək məqsədilə başladılan “5 qəpik” kampaniyası dünən başa çatıb. Kampaniyanın təsisçilərindən və təşkilatçılarında olan Nərmin Rəhimli Modern.az-a açıqlamasında bildirib ki, aksiya zamanı 13 min manat pul yığılıb.

“Hazırda mətbuata yekun hesabatı vermək üçün xaricdəki tələbələrin bank hesabına köçürməsini gözləyirik. Onların vəsaitini toplanan məbləğin ümumi hesablarına əlavə etmişik, amma pulu bankdan götürməmişik. Çünki həmin köçürmə bir neçə gün müddət alır. Bu gün yəqin ki onları götürüb yekun hesab haqqında məlumat verəcəyik”.

  Təşkilatçı sabahdan etibarən aksiyada cərimələnənlərin Apelyasiya Məhkəməsinə şikayət verəcəyini deyib. Onun sözlərinə görə, bundan sonra məhkəmənin qərarlarını gözləyəcəklər.

“Məhkəmənin qərarından sonra cərimənin ödənilməsini istəyən gənclərin cəriməsi ödəniləcək. Kimsə cəriməsini ödəməkdən imtina edəcəksə və yaxud məhkəmə qərarı dəyişdirilərsə, qalan məbləğ ilk növbədə əsgərlikdən iflic vəziyyətdə qayıtmış əsgərimizin ailəsinə, sonra isə digər ehtiyacı olan şəhid ailələrinə veriləcək”. 

Anar Kəlbiyev  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı