Modern.az

“Muğanbank” ASC-nin məcmu kapitalı 45 069,94 min manata çatıb

“Muğanbank” ASC-nin məcmu kapitalı 45 069,94 min manata çatıb

Aktual

23 Yanvar 2013, 11:04

“Muğanbank” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) cari il yanvarın 1-nə olan maliyyə göstəricilərini açıqlayıb.

“Muğanbank” ASC aktivlərinin həcmi 2012-ci ilin yekunları üzrə 291 807,52 min manata çatdırılıb ki, bu da ötən ilin dekabrın 1-nə olan göstəricilərlə müqayisədə  5,15 % çoxdur. Bankın məcmu kapital 45069,94min manat, nizamnamə kapitalı isə 37 305,80 min manat təşkil etmişdir. Həmçinin,bankın kredit portfeliüzrə göstəriciləri 202 896,46min. manata çatmışdır. Əhalinin əmanətləriötən ilin dekabrın 1-nə olan maliyyə göstəriciləri ilə müqayisədə 6,51% artaraq 85 319,69min. manat təşkil etmişdir. Müvafiq dövr üzrə “Muğanbank” ASC-nin ümumi gəlir göstəriciləri artaraq 37 305,80 min manata çatmışdır. Belə ki, Bankın faiz gəlirləri 26 739,24min. manata, qeyri-faiz gəlirləri isə 12 692,65 min manata çatmışdır. Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyə başlamışdır. Bankın Respublika üzrə 30 filialı və 4 şöbəsi  müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.
“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital (WBC) İnvestisiya Fondu və Xarici Özəl  İnvestisiyalar Korporasiyası (OPIC) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.
“Muğanbank” ASC Almaniyanın, Rusiyanın, Türkiyənin, Latviyanın, Avstriyanın, Qazaxıstanın və Ukraynanın  aparıcı bankları ilə yüksək səviyyəli əməkdaşlığını davam etdirir.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı