Modern.az

Polis deputatla bağlı yol qəzasını araşdırmağa başladı

Polis deputatla bağlı yol qəzasını araşdırmağa başladı

Aktual

23 Yanvar 2013, 11:47

Baş Dövlət Yol Polisi İdarəsi millət vəkili Aydın Mirzəzadəyə məxsus avtomobilin qəza törətməsi faktını təsdiqləyib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında deyib ki, Milli Məclisin üzvü Aydın Mirzəzadəyə məxsus 10 TC 199 dövlət nömrə nişanlı “Honda” markalı avtomobil bu gün səhər saat 06:50 radələrində yolu keçmək istəyən piyadanı vurub. DYP rəsmisi faktın araşdırıldığını bildirib.

“Bakı-Qazax yolunun 55-ci kilometrliyində 1955-ci ilə təvəllüdlü qadın piyada yolu keçərkən vurulub. Piyada 10 TC 199 dövlət nömrə nişanlı “Honda” markalı avtomobillə vurulub. Hadisə səhər saatlarında 06:50 radələrində baş verib. Hadisə barəsində araşdırma aparılacaq. Kimin günahkar olduğu araşdırma sonu müəyyən ediləcək”, -deyə K.Əliyev məlumat verib.

Bakı-Qazax yolunun 55-ci kilometrliyində Aydın Mirzəzadəyə məxsus və sürücü Faiq Qocayevin idarə etdiyi 10 TD 199 dövlət nömrə nişanlı, “Honda" markalı avtomobil piyada 1955-ci il təvəllüdlü Mariya Cavadovanı vurub və qadın hadisə yerindəcə keçinib.

Anar Kəlbiyev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı