Modern.az

İslam Partiyası: “Ədliyyə Nazirliyi rəsmi müraciət etsə, adımızı dəyişərik”

İslam Partiyası: “Ədliyyə Nazirliyi rəsmi müraciət etsə, adımızı dəyişərik”

Aktual

23 Yanvar 2013, 12:29

“Ədliyyə Nazirliyi  bizə rəsmi qaydada partiyaya adının dəyişidirilməsi barədə müraciət edərsə, biz buna yenidən baxarıq”. 

Bu sözləri İslam Partiyasının sədr müavini Rövşən Əhmədov partiyanın dövlət qeydiyyatına alınmamasının səbəbləri barədə Modern.az –a  danışarkən deyib.

Partiya rəsmisinin sözlərinə görə, Azərbaycan İslam Partiyası 18 ildir dövlət qeydiyyatına alınmır, qeyri-rəsmi olaraq onlara partiyanın adının dəyişdirilməsi təklif olunur.

“Qurultaydan sonra biz hər dəfə qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Amma heç bir halda bizə hüquqi əsasda cavab verməyiblər. Partiyanın qeydiyyata alınmaması üçün bizə heç bir əsas göstərmirlər. Dəfələrlə bununla əlaqədar müraciət eləmişik. Partiya yenidən qurultay keçirtmək ərəfəsindədir. Rayonlarda görüşməyə imkan vermirlər”-deyə R.Əhmədov bildirib. Xatırladaq ki, 1993-cü ildə dövlət qeydiyyatına alınmış İslam Partiyası 2 il sonra ciddi qalmaqalla yadda qalıb. 1995-ci ildə Milli Təhlükəsizlik Nazirliyi AİP rəsmilərinin İran dairələri ilə əməkdaşlığının üstünü  açıb. Həmin il partiyanın sədri başda olmaqla digər nüfuzlu rəsmiləri casusluq ittihamı ilə müxtəlif müddətlərə həbs olunublar. Partiyanın qeydiyyatı isə ləğv edilib.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı