Daxili İşlər Nazirliyinin məlumatına görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Təranə Ağayeva gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə apararaq cinsi istismara məruz qoymasına görə saxlanılıb.