Modern.az

İlham Əliyevin “Total”ın rəhbəri ilə görüşüb

İlham Əliyevin “Total”ın rəhbəri ilə görüşüb

Aktual

24 Yanvar 2013, 09:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olub.
Modern.az AzərTAc-a istinadən bildriri ki, görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirilib.
İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulanıb.
Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı