Modern.az

Baş Prokurorluq və DİN İsmayıllı hadisəsi ilə bağlı MƏLUMAT yaydı

Baş Prokurorluq və DİN İsmayıllı hadisəsi ilə bağlı MƏLUMAT yaydı

Aktual

24 Yanvar 2013, 10:33


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi yanvarın 23-dən 24-nə keçən gecə  İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən aksiya, onun baş vermə səbəbləri ilə bağlı  birgə rəsmi məlumat yaydı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilib ki, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində  "Çıraq" otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

“Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə  yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olmuşdur. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşmış və  onlara   etirazlarını bildirmişlər. E. Şəmsəddinovun  yerli sakinləri  nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin  daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki  üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olmuşdur.
Bundan sonra  desturuktiv qüvvələrin təhriki  ilə insident iştirakçıları   yürüş  edərək  İcra Hakimiyyəti  başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərmişlər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da həyətdə olan bir ədəd avtomobil yandırılmışdır”-deyə rəsmi açıqlamada vurğulanıb.

Qeyd olunub ki, insidentin qarşısı alınarkən üç polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli  bədən xəsarətləri alıb. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və  Elməddin Məmmədov tutulub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasınınn Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır ciayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır. 

Modern.az                                                              
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı