Modern.az

Dövlət Komitəsi çörək-bulka məmulatlarının standartını hazırlayır

Dövlət Komitəsi çörək-bulka məmulatlarının standartını hazırlayır

Aktual

24 Yanvar 2013, 11:56

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə Texniki Komitə (TK 15) tərəfindən hazırda “Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər” standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcək.

  Komitədən onu da bildiriblər ki, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticəsi olaraq 261 sahibkarlıq subyektində normativ sənədlərin tələblərinin pozulduğu və çatışmazlıqlar aşkar edildiyinə görə, nöqsanlar aradan qaldırılanadək məhsulların istehsalı və satışı qadağan edilib. Bunlardan 66-sı çörək məmulatlarının istehsalı müəssisələrinin payına düşür.

2012-ci ilin dekabr ayında Azərbaycan Respublikasında əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 15) yaradılıb. Əmrə əsasən, TK-nın Əsasnaməsi, strukturu və tərkibi təsdiq edilib. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur. Texniki Komitə (TK 15) tərəfindən hazırda “Buğda unundan hazırlanan çörək-bulka məmulatları. Ümumu texniki şərtlər” standartı layihəsi üzərində iş aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə təqdim ediləcək.

Gültəkin Ələsgər

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı