İran və Azərbaycan sərhəd xəttində hər iki ölkə vətəndaşlarının gəliş-gedişini asanlaşdırmaq üçün yeni sərhəd qapısı açmağı planlaşdırır. Modern.az “Fars” Agentliyinə istinadən bildirir ki, bu barədə İran Gömrük İdarəsinin rəis müavini Məhəmməd Rza Naderi azərbaycanlı həmkarı ilə İranın Astara şəhərində keçirdiyi görüşdə deyib: “Birgə sərhəd qapısı açmaq yolları tezliklə nəzərdən keçiriləcək və həmin qapı vasitəsilə insanların keçməsi asanlaşdırılacaq”.
Modern.az