Modern.az

“Gündoğar ölkə”də “İpək Yolu”nun izini xatırlayırlar

“Gündoğar ölkə”də “İpək Yolu”nun izini xatırlayırlar

Aktual

24 Yanvar 2013, 14:44

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe  ilə görüşüb. Mətbuat xidmətinin məlumatın görə, görüş zamanı  F. Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Səfir Vatanabe qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında  əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik oludğunu vurğulayıb. Yaponiyanın “İpək Yolu” BGT-ilə əlaqələrinin yaradılmasında öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib.  Yaponiyanın  gənclər təşkilatının nümayəndələrinin  “Böyük İpək Yolu” nda təmsil olunması ilə bağlı razılıq əldə olunub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Vatanabe  ölkəmizdə  bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasından  təəsüfləndiyini, bu vəziyyətin tezliklə ədalətli həllini tapacağına ümid etdiyini bildirib. Səfir həmçinin vurğulayıb ki, Yaponiya höküməti məcburi köşkünlərlə bağlı layihələr həyata keçirir. Vatanabe “Böyük İpək Yolu” BGT-ni bu layihələrdə birgə işləməyə dəvət edib.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı