Modern.az

Daxili İşlər Nazirliyindən iş axtaranlara xəbər var

Daxili İşlər Nazirliyindən iş axtaranlara xəbər var

Aktual

25 Yanvar 2013, 08:01

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 8 fevral 2013-cü il tarixdə Bakı Qızlar Universitetinin Bakı şəhəri, M.Sənani küçəsi, ev 14 ünvanında yerləşən binasında keçiriləcək. Bu barədə DİN-in mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

DİN bəyan edib ki, namizədlər imtahan günü saat 9.00-da "Namizədin buraxılış vəsiqəsi" və şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə göstərilən ünvanda olmalıdırlar. Əlavə məlumat almaq üçün DİN-in Baş Kadrlar İdarəsi ilə (012) 590-92-54 nömrəli telefon vasitəsilə əlaqə saxlamaq olar.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...