ABŞ-ın Azərbaycandakı səfirliyi respublikamızda olan amerikalı vətəndaşlara xəbərdarlıq mesajı ünvanlayıb. Diplomatik korpus ABŞ vətəndaşlarına xatırladıb ki, Azərbaycandakı sosial şəbəkə mənbələri Göyçay, Qəbələ və Bakı şəhərlərində etiraz aksiyalarının baş verəcəyini bildirir.
Xəbərdarlıqda bu regionlara səfər edəcək ABŞ vətəndaşları ehtiyatlı olmağa çağırılıb: “Hətta nümayişlərin dinc mahiyyət daşımasına baxmayaraq, baş verəcək qarşıdurma zorakılıqlara yol aça bilər”.
Müraciətdə ABŞ vətəndaşlarına nümayişlər, etirazlar və piketlərin keçirildiyi yerlərdən keçməmək tövsiyə olunub.
Xatırladaq ki, yanvarın 26-da saat 14.00-da Bakıdakı Fəvvarələr meydanında etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Modern.az