Modern.az

AŞ PA-nın qış sessiyası başa çatdı

AŞ PA-nın qış sessiyası başa çatdı

Aktual

26 Yanvar 2013, 01:12

“Avropa Şurası Parlament Assambleyasının qış sessiyası bu gün başa çatdı. Gərgin bir sessiya idi və sabah səhər Bakıya qayıdırıq”.

Bu barədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.

O, qeyd edib ki, bu sessiya çox qəribə bir sessiya idi: “Axşam saatlarına qədər sürən müzakirələrdən sonar səsvermədə Avropada media azadlıqlarının vəziyyəti adlı məruzəçi Mats Johanssonun hazırlarığı qətnamə layihəsi qəbul olunmadı. Daha doğrusu qəbul oluna bilmədi. Çünki səsvermədə qətnanmə layihəsi keçmədi. Artıq bu sessiya çərçivəsində assambleyada müzakirə olunan ikinci bir qətnamə layihəsi də qəbul olunmadı. (İlk qəbul olunmayan Strasserin qətnamə layihəsi idi). Mats Johanssonun da hazırladığı qəntamə layihəsi ciddi tənqid olundu. Sənədin obyektiv olmadığını, dəqiqliklə hazırlanmadığını, sənəddə əks olunan bir sıra məsələlərin gerçəkliyi əks etdirməməsi və.s lə bağlı müxtəlif ölkələrin ciddi iradları oldu. AŞPA-dakı 8 illik fəaliyyətimdə ilk dəfədir ki, belə halın şahidi oluram ki, bir sessiyada iki qətnamə layihəsi assambleyada müzakirələrdən sonra qəbul edilmir. Amma bu bütün məruzəçilər üçün ciddi bir siqnal və dərs oldu ki, hazırlanan qətnamə layihələri obyektiv olmalı və çox ciddi, hərtərəfli işlənməlidir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı