Modern.az

Elxan Süleymanov: “Təşəbbüs” Qrupunun fəaliyyətini ermənilər də izləyir”

Elxan Süleymanov: “Təşəbbüs” Qrupunun fəaliyyətini ermənilər də izləyir”

Aktual

26 Yanvar 2013, 11:01

Milli Məclisin üzvü Elxan Süleymanovun yaratdığı “Təşəbbüs” Qrupu 2013-cü ildə də Dağlıq Qarabağ problemini bir neçə ölkənin parlamentində müzakirəyə çıxaracaq. Bununla bağlı deputat Elxan Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, bu il Latın Amerikası və digər Avropa ölkələrində görüşlər planlaşdırılır.

“Birinci təyin olunan tədbirimiz hansı ölkəyədi və digərlərini demək istəməzdim. Bildiyimiz kimi, erməni mətbuatı bizdə Dağlıq Qarabağla gedən xəbərləri izləyirlər. Bu baxımdan dərhal həmin ölkənin adını desəm, onlar həmin ölkədə hazırlıq işlərinə başlayacaqlar. Odur ki, gedəcəyimiz ölkələrin adını çəkmirəm. Biz bunu davam etdiririk. Həmişə fəaliyyətimin ən böyük istiqaməti bizim Dağlıq Qarabağda olan ağrılarımızdır”.

Qeyd edək ki, Milli Məclisin üzvü Elxan Süleymanovun yaratdığı “Təşəbbüs” Qrupunun üzvləri deputatlar Fuad Muradov, Fazil Mustafa, Ceyhun Osmanlı və Qüdrət Həsənquliyevdir. 2012-ci ildə Avropanın 5 ölkəsinin parlamentində Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Anar Kəlbiyev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı