Modern.az

Fəvvarlər meydanı polis və suvuran maşınlarla mühasirəyə alınıb

Fəvvarlər meydanı polis və suvuran maşınlarla mühasirəyə alınıb

Aktual

26 Yanvar 2013, 14:44

Gənclərin bu günki askiyası ilə bağlı Fəvvarələr meydanına çoxlu sayda polis qüvvəsi cəlb olunub. Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə meydana hədsiz sayda polis qüvvəsi, Post Patrul Xidmətinin və Çevik Polis Alayın əməkdaşları, eyni zamanda suvuran maşınlar gətirilib. Meydan dörd bir tərəfdən mühasirəyə alınıb.

Qeyd edək ki, bir qrup gənc bu gün “Silahları üstümüzdən çəkin!” şüarı ilə Fəvvarələr Meydanında saat 15:00-da aksiya təyin edib.   

Xatırlaqdaq ki, gənclər Binə Ticarət Mərkəzində və İsmayıllıda polisin rezin güllədən atəş açmasına, gözyaşardıcı qazlardan istifadə etməsinə etiraz edəcəklərini bildiriblər.  

Anar KƏLBİYEV
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı