Modern.az

Mətbuat Şurası aksiyalar üçün jurnalistlərə tövsiyyə verdi

Mətbuat Şurası aksiyalar üçün jurnalistlərə tövsiyyə verdi

Aktual

26 Yanvar 2013, 18:39

Azərbaycan Mətbuat Şurası yanvarın 26-da (bu gün) Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmaları sahəsindəki vəziyyətin monitorinqini aparıb. Şuradan Modern.az-a bildirlib ki, monitorinqdə peşə fəaliyyətini üzərində “PRESS” yazılmış xüsusi görəkçələrdə yerinə yetirmiş kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Bununla bağlı monitorinq qrupuna müraciət də edilməyib.

  “KİV nümayəndələrinin əksəriyyəti aksiya zamanı üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olublar. Təəssüf ki, monitorinq qrupu eyni zamanda fərqləndirici formasız jurnalistləri də qeydə alıb. Məlumat verdiyimiz kimi, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəst və maneəsiz şəkildə icrasına  kömək məqsədi daşımış monitorinqi Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparıb. Qrupa rəhbərliyi Şuranın icraçı katibi Rəhim Hüseynzadə həyata keçirib.
Mətbuat Şurası jurnalistlərə icazəli və ya icazəsizliyindən asılı olmayaraq bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə qatılmağı tövsiyə edir. Qurum bir daha xatırladır ki, hər hansı xoşagəlməz vəziyyətlə üzləşdikləri zaman yalnız fərqləndirici formada olmaq KİV nümayəndələri ilə bağlı durumun peşə müstəvisində dəyərləndirilməsinə əsas verəcək”-deyə MŞ bildirib.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı