Təhsil naziri Misir Mərdanov "Təhsil" jurnalına yeni baş redaktor təyin edib. Modern.az saytının məlumatına görə, nazirin müvafiq əmri ilə Nizami Mirzə bu günlərdə "Təhsil" jurnalına baş redaktor təyin edilib.
Nizami Mirzə (Mirzəyev) İsmayıllı rayonunun Xanagah kəndində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 1970-ci illərdən başlayara həm pedaqoji fəaliyyətlə yanaşı, dövri mətbuatda oçerklər, publisistik məqalələrlə çıxış edir. Bir neçə bədii və publisistik kitabın müəllifidir. Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvüdür.
Nizami Mirzə "Azərbaycan müəllimi" qəzetində bölgə müxbiri və müxbir vəzifələrində işləyib. 2010-cu ilin may ayından indiyədək isə Təhsil Nazirliyinin mətbu orqanı olan "Təhsil" jurnalında baş redaktor müavini vəzifəsini tuturdu.
A.Qorxmaz