Yanvarın 26-da Bakıda keçirilən “İsmayıllıya dəstək” aksiyasında cərimələnən gənclərlə bağlı apellyasiya şikayəti veriləcək. Modern.az-ın məlumatına görə, bu barədə vəkil Əsabəli Mustafayev bildirib.
Külli miqdarda cərimələnən aksiyaçılar onlara tətbiq edilən cərimələri ödəməyəcəklərini bildirirlər.
Qeyd edək ki, yanvarın 26-da gənclərin “Silahları üstümüzdən çəkin!” şüarı ilə Sahil bağı istiqamətində keçirdiyi etiraz aksiyası zamanı saxlanılan Turqut Qəmbər - 2500 manat, Gözəl Bayramlı - 2000 manat, Elçin Cərullazadə - 600 manat, Xədicə İsmayıl - 400 manat, Emil Bağırov - 400 manat və digərləri isə 400-600 manat arasında cərimələnib.
Anar RÜSTƏMOV