Modern.az

Qərar verildi - Milli Məclisdə qadınlarla kişilərin sayı eyni olacaq

Qərar verildi - Milli Məclisdə qadınlarla kişilərin sayı eyni olacaq

Aktual

28 Yanvar 2013, 18:21

Zimbabve parlamentdə və idarəetmə orqanlarında yerlərin 50 faizini qadınlara verməklə dünyada ilk ölkə ola bilər. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bununla bağlı hökumətə yeni Konstitusiya layihəsi təqdim edilib. Müzakirəyə təqdim edilən sənəddə bildirilir ki, dövlət hər iki cinsin bərabər şəkildə dövlət qurumlarının bütün səviyyələrində təmsil olunmasını təmin etmək üçün zəruri olan mümkün hüquqi tədbirləri görməlidir.

Sənəddə o da qeyd edilir ki, qadınlar  parlamentdə komissiya üzvlərinin ən azı yarısını təşkil etməlidir. Yeni Konstitusiyanın ümumxalq səsverməsinə - referenduma təqdim edilməsi fevral ayında gözlənilir. Hazırda Zimbabve Milli Məclisində qadınlar 15% təşkil edir.

Elçin AĞAYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı