İşgəncələr Əleyhinə Komitənin sədri: “Həbsdə olanlar itihamları qəbul etmir”
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Binə Ticarət Mərkəzindəki aksiyada saxlanılanlarla görüşüb. E.Behbudovun
Modern.az-a verdiyi məlumat görə, məlum hadisələrlə bağlı saxlanılan 10 nəfər təcridxanada onlara qarşı heç bir zorakılıq edilmədiyini deyiblər. Komitə sədrinin sözlərinə görə, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddənin birinci bəndi ilə günahlandırılırlar. Lakin onlar özlərini bu maddə ilə günahkar bilmirlər:
“Onların hamısı ilə təklikdə görüşdüm. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 310-cu maddənin birinci bəndi ilə günahlandırılırlar. Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılan Elxan Cəfərova 10, Seymur Əsgərova 10, Maqil Ocaqverdiyevə 10, İsmayıl Növsanova 9, Sahib Paşayevə 9, Sabir Kazımova 10, Bəhruz Paşayevə 8, Samir Paşayevə 10, Coşqun Hüseynova 9 sutka həbs cəzası kəsilib. Onlar məlum ittihamla özlərini təqsirkar bilmirlər. Deyirlər ki, “biz heç kimə daş atmamışıq, heç kimi söyməmişik, heç kimə müqavimət göstərməmişik. Biz gördük ki, camaat etiraza çıxıb, biz də çıxdıq. Bizi də tutub apardılar”.
Elçin Behbudov bildirib ki, yanvarın 26-dakı icazəsiz mitinqdə iştiraka görə saxlanılan 5 nəfərlə də görüşüb. Onun sözlərinə görə, AXCP üzvləri Türkel Əlisoya 15, Əbülfəz Qurbanlıya 13, Tuncay Quliyevə 13, bloqer Emin Abdullayevə (Milli) 15, Rüfət Abdullayevə 13 sutka cəza verilib.
“Onlarla da görüşdüm. Saxlanma, ilkin dindirmə vaxtı onlara qarşı hər hansısa xoşagəlməz hərəkət olmadığını dedilər”.
Komitə sədri deyir ki, o, İsmayıllı hadisələrinə görə saxlanılanlar barədə də maraqlanıb:
”Bu gün İsmayıllı rayonu ilə də əlaqə saxladım. Rayonun Polis Şöbəsindən bildirdilər ki, onlar 10 nəfəri həbs ediblər".
Gültəkin Ələsgər