Modern.az

Aksiyaya qoşulan ADPU tələbələri imtahana buraxılmır?

Aksiyaya qoşulan ADPU tələbələri imtahana buraxılmır?

Aktual

29 Yanvar 2013, 11:28

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin aksiyada iştirak edən tələbələri imtahana buraxılmır. Modern.az-ın məlumatına görə, bu barədə aksiyanın təşkilatçısı İlkin Rüstəmzadə məlumat verib. O bildirib ki, aksiyada iştirak edən tələbələrin siyahısı tərtib olunub, onlarla bağlı qərar qəbul olunub ki, həmin tələbələr imtahanlara buraxılmasın.

Məsələ ilə bağlı Modern.az-a universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov açıqlama verib. Onun sözlərinə görə, universitetdə belə bir hadisə baş verməyib. “Universitetdə belə bir fakt aşkarlanmayıb. Ola bilər ki, bəzi tələbələr “qayıb” limitini keçdikləri üçün imtahana buraxılmayıb. Amma deyilənlər həqiqətdən uzaqdır”-deyə, M. İbrahimov qeyd edib.  

Qeyd edək ki, yanvarın 26-da bir qrup gənc Bakıda  aksiya keçirib.  
 

Sevinc İltifatqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı