Dünyanın ən bahalı maşını yanvarın 29-da Qətərin paytaxtı Qətər Avtomobil Sərgisində nümayiş olunacaq. Modern.az-ın məlumatına görə, qiyməti 3.5 milyon dollar olan Livan istehsalı LykanHypersport indiyə qədər hazırlanmış lüks, xüsusi və texnoloji baxımdan ən irəli avtomobil olaraq qəbul edilir. Mərkəzi Beyrutda olan W Motors tərəfindən istehsal edilən maşının 2,7 saniyədə 100 kilometr sürətə çata bildiyi bildirilib.
Dünyanın ən bahalı ilk 5 avtomobili belə sıralanır:
1- LykanHypersport – 3,5 milyon dollar
2- Bugatti Veyron Super Sport – 2,4 milyon dollar
3- Koenigsegg Trevita – 2,1 milyon dolar
4- Lamborghini Sesto Elemento – 2,2 milyon dolar
5- Ferrari 599XX – 2 milyon dollar
Sevinc