Modern.az

İsa Qəmbərin müavini İsmayıllı hadisələrinə görə ifadə verdi

İsa Qəmbərin müavini İsmayıllı hadisələrinə görə ifadə verdi

Aktual

29 Yanvar 2013, 14:55

Müsavat Partiyası başqan müavini Tofiq Yaqublunun İsmayıllı üsyanı ilə bağlı istintaqa cəlb edilməsi, eləcə də, başqanın müşaviri Yeganə Hacıyevaya polis təzyiqləri ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, bu Müsavat Partiyasın başqanının müavini Tofiq Yaqublu Respublika Prokurorluğunun Ağır Cinayətlərə qarşı istintaq idarəsinə çağırılıb. Müstəntiq Nadir Mirzəyev onu İsmayıllıya 24 yanvar səfəri ilə bağli sorğu-sual edib, Tofiq Yagubluya aidiyyatı olmayan suallar verib.  Əslində isə Tofiq Yaqublu İsmayıllıya baş verən hadisələr haqqında reportaj hazırlamaq ücün “Yeni Müsavat” qəzetinin əməkdaşı kimi yollanıb və qısa müddətdə orada qalandan sonra, polis tərəfindən saxalanılaraq Bakı şəhərinə qaytarılıb.

Bəyanatda deyilir ki, Müsavat Partiyası başqanının müşaviri Yeganə Haciyeva Sumqayıt şəhər polis idarəsinə cağırılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci  bölməsinin Azər adlı əməkdaşı ona zəng edərək guya Y.Hacıyevanın Bakı şəhəri 8-ci mikrorayonda kirayədə qaldığını və qonşularının ondan şikayətci olduğunu bildirib. Məlum oldugu kimi, Y.Hacıyeva İsmayıllı və Binə hadisələrinə dəstək məqsədi ilə Bakıda kecirilən 26 yanvar mitinqində vəhşicəsinə döyülüb və polis tərəfindən saxlanılıb. Onu vəziyyətinin ağır olduğunu görəndən sonra sərbəst buraxıblar. Xatırladaq ki, Y.Hacıyeva Bakı şəhərində yox, Sumqayıtda oz atasının evində yaşayır.

Müsavat Partiyası Binə və İsmayıllı hadisələri zamanı həbs olunan inasanların dərhal azadlığa buraxılmasını tələb edir və onalara qarşı qeyri-qanuni üsullarla rəftar edən, tutulanları təzyiq və işgəncələrə məruz qoyan və buna göstəriş verən şəxslərin cəzalandırılmasını tələb edir.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı