“İslam partiyasından bizə əməkdaşlıq üçün təklif gəlsə İctimai Palata olaraq bunu qəbul edəcəyik”. Bunu Modern.az saytına açıqlamasında İctimai Palatanın cəbhəçi üzvü Fuad Qəhrəmanlı İslam partiyasının sədr müavini Akif Heydərlinin İP ilə əməkdaşlıq üçün səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə demokratik dəyişikliklərə nail olmaq və şəffaf seçki mühitinin yaradılması üçün edilən əməkdaşlıq təkliflərinə müsbət yanaşırlar və bunu dəyərləndirəcəklər. “Bu istiqamətdə İP ilə əməkdaşlıq edərək fəaliyyət göstərmək istəyən qurum və şəxslərlə əlaqələri mümkün hesab edirik. İslam partiyasına qarşı olan təzyiqlərə bağlı İP-nin, o cümlədən AXCP-nin etiraz bəyanatları olub. İslam partiyasının bu istiqamətdə səyləri və təşəbbüsləri varsa, biz bunu müabət qarşılayırıq”.
Aqşin Kərimov