Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollardakı vəziyyəti göstərən tablolarda dəyişiklik edib. Modern.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin işini daha da asanlaşdırmaq üçün yenilik təqdim edir. Mərkəz yanvar ayından etibarən paytaxt yollarının kənarlarında yerləşən Elektron İnformasiya Tablolarını (VMS) daha başadüşülən etmək üçün yeniliklər əlavə edib. Belə ki, istiqamətləri göstərən qrafiklərə küçə və prospektlərdəki dairələr də (məsələn, Azneft dairəsi, Ukrayna dairəsi və s) əlavə olunub ki, bu da sürücülərin işini daha da yüngülləşdirir. Bundan başqa tablolarda yollar, hərəkət istiqamətləri üzrə əks olunub. Yazıların ölçüsü isə mümkün qədər böyüdülüb.
SEVINC