Modern.az

Elşad İskəndərov Dini Komitənin yeni saytının təqdimatını keçirdi

Elşad İskəndərov Dini Komitənin yeni saytının təqdimatını keçirdi

Aktual

30 Yanvar 2013, 12:13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni rəsmi saytının təqdimat mərasimi olub. Təqdimatda çıxış edən komitə sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də Komitənin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə Dövlət Komitəsinin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanıb.

Mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün DQİDK bir neçə ay öncə yeni rəsmi saytının hazırlanmasına qərar verib. Saytda ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın dini xəritəsi hazırlanaraq yerləşdirilib. Eləcə də saytda Azərbaycanda olan məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar təqdim edilib. Komitə dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər, istədikləri suallara cavab alacaqlar.

Elçin Ağayev
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı