Bir neçə həftə bundan öncə Xalq artisti Firəngiz Mütəllimovanın səhhətinin pisləşməsi haqqında məlumat verimişdik. Modern.az-ın əməkdaşı yenidən aktrisa ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanıb. F. Mütəllimova bildirib ki, hazırda özünü yaxşı hiss edir.
“İndi şükürlər olsun ki, yaxşıyam. İnstituta da gedib-gəlirəm, tamaşalarda oynayıram, hətta seriallara çəkilməyi də bərpa etmişəm. Sadəcə müalicə götürdüyüm üçün həkimlər çox da telefonla danışmağa icazə vermir”.
Firəngiz xanımın səhhəti görkəmli aktyor Yaşar Nuri vəfat edəndən sonra pisləşmişdi...
Şahanə Rəhimli