Modern.az

Bordujadan Bakıya ironiya: “Azərbaycanın erməni təyyarələrini vuracağını sanmıram" - AÇIQLAMA

Bordujadan Bakıya ironiya: “Azərbaycanın erməni təyyarələrini vuracağını sanmıram" - AÇIQLAMA

Aktual

30 Yanvar 2013, 15:07

Xankəndi aeroportu ətrafında yaranan gərgin müzakirələr davam edir. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Borduja Xocalı hava limanının istifadəyə verilməsi ilə bağlı məsələyə toxunaraq, Azərbaycanın bu istiqamətdə nümayiş etdirdiyi mövqeyini sərt tənqid edib. Azərbaycan ərazisindən icazəsiz uçan təyyarələrin vurulması ilə bağlı qanunun qəbul edilməsini “uğursuz zarafat” adlandıran Borquja rəsmi Bakını qınayıb.

“Məsələyə belə reaksiya göstərmək çox yalnışdır. Xüsusən də bununla bağlı qanunun qəbul edilməsi Azərbaycanın bir zarafatıdır. Mən şəxsən Azərbaycanı normal mədəniyyətli bir ölkə kimi tanıyıram. İndi hər hansı ölkənin iqtidarının sivil uçuşlara atəş əmri verməsi çox şübhəlidir. Hər halda özünü mədəniyyətli hesab edən bir ölkənin sivil təyyarələri vura biləcəyini sanmıram”,-deyə Nikolay Borduja bildirib. 

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı