Modern.az

Baş Prokurorluğun mətbuat katibi həmkarlarını qabaqladı

Baş Prokurorluğun mətbuat katibi həmkarlarını qabaqladı

Aktual

31 Yanvar 2013, 12:58

Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilimiş növbəti sorğu başa çatıb. “Hüquq-mühafizə orqanları arasında hansı qurumun mətbuat xidməti daha yaxşı fəaliyyət göstərir?” sorğusunda böyük əksəriyyəti jurnalistlər olmaqla ümumilikdə 73 şəxs iştirak edib.

Sorğunun nəticələrinə əsasən, Respublika Baş Prokurorluğunun mətbuat xidməti – mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur – digər hüquq-mühafizə orqanlarının müvafiq qurumlarını böyük səs fərqi ilə qabaqlayaraq birinci olub. O, sorğuda iştirak edənlərin yarıdan çoxunun – 63 faizinin səsini qazanıb: 46 səs.

Növbəti yerləri Milli Təhlükəsizlik Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Yol Polisi İdarəsi (hərəsi 4 səs) tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə cəmi 2, Ədliyyə Nazirliyi və Hərbi Prokurorluğun müvafiq qurumlarına isə cəmi 1 nəfər səs verib.

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi isə 1 səs belə olsun yığa bilməyib.

Sorğuda iştirak edən şəxslərdən 11 nəfəri “Heç biri” variantını seçib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı