Modern.az

Uşaqların dispanserizasıyasına əməl etməyən müəssisələr cəzalandırılacaq - Deputat

Uşaqların dispanserizasıyasına əməl etməyən müəssisələr cəzalandırılacaq - Deputat

Aktual

31 Yanvar 2013, 15:59

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq. O, qeyd edib ki, bu həm səhiyyə mədəniyyəti, həm də sağlamlığın qorunmasında ən vacib amildir. “Sağlamlığın qorunması və xəstəliklərin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edən bir addımdır. Belə bir sənədi parlamentə prezident İlham Əliyev göndərib və parlament bu yaxınlarda həmin qanunu plenar iclasda müzakirə edəcək. Biz artıq bu qanun layihəsini komitə iclaslarında müzakirə etmişik”.

H. Rəcəbli bildirib ki, icbari dispanserizasiya ilk növbədə 0-18 yaş arası olan əhalinin yarısına qədər hissəsinə şamil olunacaq. “Bu qrafiklə, dəqiq, məcburi və ildə bir dəfə olacaq. Xəstəliklər müəyyənləşdikdə isə ayrıca tədbirlər həyata keçiriləcək. Yəni ikinci mərhələdə xəstənin ayrıca müayinəsi, ayrıca ona qulluq, onun tibb müayinəsinə qəbul olunması həyata keçiriləcək”.  

Komitə sədri qeyd edib ki, burada ciddi məsələlərdən biri maarifləndirməyə diqqət yetirilməsidir. “Bələdiyyələr, QHT, təhsil müəssisələri bunun keçirilməsini təbliğ edəcəklər. Bütün əhalini maarifləndirəcəklər ki, öz uşaqlarını dispanserizasiyadan keçirsinlər. Tibb müəssisələri, uşaq bağçası, məktəb direktorlarının bu tədbirin keçirilməsində məsuliyyəti olacaq. Bunlar yerinə yetirilmədikdə isə İnzibati Xətalar Məcəlləsi ilə onlar cəzalandırılacaq”.  

H. Rəcəbli bildirib ki, icbari müayinə dövlət hesabına həyata keçiriləcək və bu çox maliyyə tutumlu bir sənəddir. “Burada analizlərin edilməsi üçün xüsusi maddələr və tibb personalının gərgin işi lazımdır. Bunlar hamısı ardıcıl olaraq keçiriləcək. Eyni zamanda həmin şəxslərin məlumatları kompüterdə yerləşdiriləcək və hər bir vətəndaşın adı yazılan kimi onun qarşısında nə kimi xəstəliklərin olacağı çıxacaq”.   Millət vəkili sonda vurğulayıb ki, qanun layihəsi fevralın 12-də keçiriləcək iclasda müzakirə ediləcək.  

 

Aytən Əliyeva

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı