Bir qədər əvvəl hakim Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri Xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirib.
Polisin əvvəlcə müdaxilə etmədiyi aksiyada YAP-çı gənclər yazıçının “Daş yuxular” romanına etirazlarını bildiriblər. Aksiyada yazıçının ünvanına “Ölkədən cəhənnəm ol!”, “Erməni Əkrəm, çıx ölkədən!” kimi şüarlar səsləndirilib.
Gənclər Əkrəm Əylislinin şəklini də yandırıblar, onun evinə yumurta atıblar.
Sonda polis icazəsiz aksiyaya taplaşanları dağıdıb..

Aqşin Kərimov