“İstənilən mübahisəli məsələnin siyasi və mənəvi tərəfi olur. Ədəbiyyat, incəsənət siyasiləşdirilməli deyil. Əkrəm Əylislinin romanına tənqidi yazı ilə cavab vermək kifayət edər”. Bunu Modern.az-a açıqlamasında Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı YAP-ın Əkrəm Əylislinin evinin qabağında keçirdikləri aksiyaya münasibət bildirərkən deyib.
Təşkilat sədrinin sözlərinə görə Əkrəm Əylisini dəstəkləmir, amma bu cür piket, aksiya keçirmək də demokratik dəyərlərə ziddir. “Yazdığı yazıya görə evinin qarşısında aksiya keçirmək demokratik prinsiplərə ziddir. Bu yazıçıya və cəmiyyətə müsbət heç nə qazandırmır. Əgər YAP gəncləri etiraz etmək istəyirsə, bir nəfər çıxıb tənqidi yazı ilə cavabını versin. Mən Əkrəm Əylislinin yazdığı romanı dəstəkləmirəm. Ancaq buna etiraz forması kimi piketin keçirilməsi, şüarlar səsləndirməsini düzgün saymıram”.Aqşin Kərimov