Modern.az

“Vaqif Səmədoğlunun Ziyalılar Forumu haqda sözləri zarafatdır” - Forumun üzvü

“Vaqif Səmədoğlunun Ziyalılar Forumu haqda sözləri zarafatdır” - Forumun üzvü

Aktual

31 Yanvar 2013, 18:14

“Vaqif Səmədoğlu Ziyalılar Forumunun işinin nədən ibarət olduğunu yaxşı bilir. Belə deməklə o, sizin saytın əməkdaşları ilə zarafat edir”.
Bu sözləri Modern.az-a açıqlamasında Ziyalılar Forumunun təsisçilərindən biri olan Eldəniz Quliyev Vaqif Səmədoğlunun forum barədə dediklərini şərh edərkən deyib.

  E.Quliyev bildirib ki, Ziyalılar Forumunun işi ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibətdə də özünün təzahür etdirir.

“Eyni zamanda burada ölkənin avtoritatizmdən demokratiyaya keçid mərhələsini təmin etmək üçün böyük işlər görülür. Azərbaycanda neft qurtarandan sonra hansı vəziyyətə düşəcək, hansı faciələrlə üzləşəcəyik kimi məsələləri də indidən həll etməyə çalışırıq. Ziyalılar Forumu qısa müddət ərzində böyük işlər görür. Əgər təkcə Ramiz Rövşənin şeiri ilə başını aldatsaydı, bu qədər ictimai hörmət qazanmazdı. Yəqin Vaqif Səmədoğlu öz ampluasına uyğun zarafat edib”.   Qeyd edək ki, xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu Modern.az saytına müsahibəsinə Ziyalılar Forumunun işini beş nəfərin oturub söhbət etməsinə bənzətmişdi. O, həmçinin bildirmişdi ki, Axırda Ramiz Rövşən gözəl şeir deyir, vəssalam.

Aytən ƏLİYEVA 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı