Modern.az

Prezident İlham Əliyev Bakıda yeni yarımstansiyanı işə salıb

Prezident İlham Əliyev Bakıda yeni yarımstansiyanı işə salıb

Aktual

31 Yanvar 2013, 19:24

Prezident İlham Əliyev yanvarın 31-də “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olub.
Modern.az prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, ölkə başçısı əvvəlcə Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib.
“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib. O, qeyd edib ki, bu yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilib. İndi yeniləşən energetika qurğusunun qoyuluş gücü 100 meqavoltamperdir.
Yarımstansiya “Xırdalan” və “Müşfiq” yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib hissəsi olmaqla yanaşı, “Nizami” yarımstansiyası ilə əlaqələndirilib. Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev adına neftayırma zavodunun, həmçinin bir sıra digər mühüm sənaye obyektlərinin enerji təchizatının etibarlılığını artırır. Avtomatik açılmalar və güc çatışmazlığı zamanı bu yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və digər mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Yarımstansiya işə düşdükdən sonra paytaxtın Nəsimi rayonundakı 117 nömrəli yarımstansiya və Sabunçu rayon Elektrik Təchizatı və Satışı İdarəsinin ofisi ilə canlı bağlantı yaradılıb. Videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılışı olub.

Yeni yarımstansiyaların və inzibati binaların açılışı münasibətilə “Bakıelektrikşəbəkə”nin kollektivini təbrik edən Prezident İlham Əliyev deyib ki, bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur.

”Dövlət bu sahəyə çox böyük diqqət, qayğı göstərir. Təkcə Bakıda deyil, ölkəmizin bütün yerlərində, bütün yaşayış məntəqələrində dayanıqlı enerji ilə təchizat bizim başlıca vəzifəmizdir. Hazırda ölkədə elektrik enerjisi ilə bağlı hazırda heç bir problem yoxdur. Ancaq ötürücü, paylayıcı xətlər hələ də lazımi səviyyədə deyildir və yaxın illərdə bu məsələ də öz həllini tapacaqdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı