Modern.az

TQDK sədri: “Vəziyyət düşündüyümüzdən də pisdir”

TQDK sədri: “Vəziyyət düşündüyümüzdən də pisdir”

Aktual

1 Fevral 2013, 12:22

“Ötən il ümumtəhsil məktəblərində aparılan buraxılış imtahanlarının nəticələrinin təhlili göstərdi ki, burada vəziyyət düşündüyümüzdən də pisdir. Təhlillər zamanı buraxılış imtahanlarında iştirak etməyənlərin nəticələrinin iştirak edənlərin nəticələrindən daha aşağı olduğu məlum olub. Beləliklə, bu günə kimi qəbul imtahanlarının nəticələri əsasında orta məktəbdə olan vəziyyətlə bağlı söylədiyimiz fikirlərimizin düzgün olduğunu bir daha müşahidə etdik”.

Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə deyib. O qeyd edib ki, 2012-ci il buraxılış imtahanlarında 195902 nəfər şagirdi iştirak edib ki, onların da 117363 nəfəri 9-cu, 78539 nəfəri isə 11-ci sinif şagirdləri olub.

“2012-ci ildə respublika üzrə (Naxçıvan MR istisna olmaqla) 9-cu və 11-ci sinif şagirdlərinin sayı müvafiq olaraq 127755 və 85001 nəfər olub. Buraxılış imtahanlarında bu və ya digər səbəblərdən 16854 nəfər (9-cu və 11-ci siniflər üzrə müvafiq olaraq 10392 və 6462 nəfər) iştirak edib. Onların arasından 29,77 faizi (9-cu siniflər üzrə 25,70 faiz, 11-ci siniflər üzrə 36,30 faiz) müxtəlif səbəblərə görə buraxılış imtahanlarından azad olunub. Yayda buraxılış imtahanlarından kəsilən 9-cu sinif şagirdlərinə sentyabrın 9-da təkrar imtahan (payız imtahanı) vermək üçün imkan yaradılıb. İmtahanda bir və yaxud hər iki fənn üzrə kəsilən 22068 şagird iştirak edib. Beləliklə, 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 96,64%-i ana dili fənni üzrə, 94,28%-i riyaziyyat fənni üzrə, 92,69%-i hər iki fənn üzrə müvəffəq qiymət alıb. 11-ci siniflər üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 95,70%-i ana dili fənni üzrə, 92,35%-i isə riyaziyyat fənni üzrə, 89,63%-i isə hər iki fənn üzrə müvəffəq qiymət alıb. Ümumilikdə 20250 nəfər attestat alıb. Attestat alanların 88,11%-i (17842 nəfəri) qəbul imtahanlarında iştirak edib".

Daha sonra M. Abbaszadə Bakı şəhəri üzrə abituriyentlərin qəbul imtahanlarında göstərdikləri nəticələri deyib. O bildirib ki, şəhər abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricidən 7.4% yuxarı olub, yəni onların topladıqları orta bal 238,911-ə bərabərdir

“Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9234 tələbə adını qazanıb. Onların 3143 nəfəri dövlət, 74 nəfəri özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 4509 nəfəri dövlət, 1508 nəfəri özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Bu məzunlarının 1580 nəfəri 500-dən, o cümlədən 442 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bakı şəhəri üzrə abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Bakı şəhərinin abituriyentlərdən 4526 nəfəri 0-100 bal, 3878 nəfəri 100-200 bal, 3475 nəfəri 200-300 bal, 4383 nəfəri 300-500 bal, 1580 nəfəri 500-dən yuxarı bal toplayıb. Attestat qiymətləri əla olan Bakı abituriyentlərindən 2,30%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 51,29%-dir”, – deyə M. Abbaszadə vurğulayıb.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı