Bu gün Dünya Türk Gəncləri Birliyini, Gənclər Təşkilatları Milli Şurası və “Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi “Gənclər Evi”ndə tədbir keçirib. Tədbir təqvimin sabahkı tarixinə – 2 fevral Gənclər gününə həsr olunub.
Tədbirdə ofis rəhbəri Nurcan Səmədova “Gənclər Evi” haqqında ərtaflı məlumat verib və onun gələcək planları haqqında danışıb. Daha sonra isə “Ev”in fəaliyyətdə olan dövrü ərzində gördükləri iş haqqında hesabat xarakterli məlumat verib.
Toplantıda millət vəkili Məlahət İbrahimqızı, Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini Mirhəsən Seyidov, Nazirlik yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, UNİCEF-in Gənclər Proqramlarının rəhbəri Natiq Umarov və bir çox təşkilatların nümayəndələri iştirak edib.
Sonda “Gənclər Evi”nin bir neçə fəal üzvü milli və dünya musiqi əsərlərini ifa ediblər.
Ulduz İbrahimova