Bu dəfəki etiraz aksiyasına qadınlar çıxacaq

Məlum hadisələrdən sonra həbs edilən sakinlərin sərbəst buraxılmasını tələb edən bir qrup qadın fevralın 3-də İsmayıllı İcra Hakimiyyətinin binasının qarşısında toplaşaraq, etiraz aksiyası keçirəcək. Bu barədə Modern.az-a yerli sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, İsmayıllıda baş verən məlum hadisələrdən bir həftə ötməsinə baxmayaraq, həbslər hələ də davam edir. Həbslərin icra başçısının istefa tələbə ilə keçirilən aksiyalarda lentə alınan videgörüntülər əsasında aparıldığı bildirilir.
Modern.az