Modern.az

İsmayıllıdan ən son xəbər: Polis nəzarəti gücləndirdi

İsmayıllıdan ən son xəbər: Polis nəzarəti gücləndirdi

Aktual

3 Fevral 2013, 12:50

Ötən həftə İsmayıllıda baş verən məlum hadisələrdən sonra narazı kütlənin bu gün yenidən etiraz aksiyası keçirəcəyi bildirilirdi.  Əməkdaşımız İsmayıllıda ən son vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün yerli sakinlərlə əlaqə saxlauıb.  Modern.az-a açıqlamasında sakinlər hal-hazırda İsmayıllıda sakitçiliyin olduğunu, hələlik hər hansı aksiyanın qeydə alınmadığını bildiriblər.

Həmçinin sakinlər qeyd ediblər ki, əvvəlki günlərdə olduğu kimi müəyyən sayda polis əməkdaşları baş tutacaq hər hansı aksiyanın qarşısını almaq üçün küçə və prospektlərdə görünür. İcra Hakimiyyətinin binası ətrafında təhlükəsizlik tədbirləri davam edir.

Qadınların aksiyasının baş tutub-tutmayacağı hələlik sual altındadır.

Qeyd edək ki, İsmayıllı hadisələrdinə tutulan şəxslərin azadlığa buraxılması tələbi ilə bir qrup rayon sakininin fevralın 3-də rayon İcra Hakimiyyətinin binasının qarşısında aksiya keçirəcəyi bildirilirdi.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı