Modern.az

Son hadisələrdə adı hallanan nazirin 55 yaşı tamam olub

Son hadisələrdə adı hallanan nazirin 55 yaşı tamam olub

Aktual

3 Fevral 2013, 18:23

Modern.az saytının məlumatına görə, fevralın 3-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun 55 yaşı tamam olub.  

F.Ələkbərov 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa şəhərində anadan olub.
1980-cı ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.
Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Az. LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə «Sputnik» Beynəlxalq Gənclər Turizm Bürosunun sədri vəzifələrində çalışıb.
1992-2006-cı illərdə «İmproteks» Şirkətlər Qrupunun prezidenti olub.
2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub.
1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir.
1993-cü ildən hakim YAP-ın üzvüdür. Ailəlidir, dörd övladı var.
Ölkə başçısı İlham Əliyevin 07 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə Füzuli Ələkbərov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Bu isə o deməkdir ki, 3 fevralda ad gününü keçirən F.Ələkbərov 3 gün sonra da nazir postunda çalışmağının 7 illiyini qeyd edəcək.  

Füzuli Ələkbərovun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə prezidentinin 1992-ci il 10 dekabr tarixli fərmanı ilə yaradılıb. 1996-2006-cı illərdə bu nazirliyə YAP-ın keçmiş sədr müavini Əli Nağıyev rəhbərlik edib

Fevralın 3-də 55 yaşını tamam edən nazir Füzul Ələkbərov yəqin ki bu günlərdə yaxşı əhval-ruhiyyədə deyil. Məsələ burasındadır ki, bu il yanvarın 23-də İsmayıllı rayonunda baş verən məlum hadisələrdən sonra ölkə mediasında Füzuli Ələkbərovla bağlı yazıların sayı artıb. Bu yazılarda İsmayıllı hadisələrinin baş verməsinə görə nazirin oğlu Vüqar Ələkbərov və qardaşı, İsmayıllının icra başçısı Nizami Ələkbərov ittiham olunur.   

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı