ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Daxili Işlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati qaydada həbs olunanların saxlanılma məntəqəsində monitorinq həyata keçirilib. Monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.
Monitorinq zamanı məntəqənin saxlama kameraları, tibbi müayinə, görüş otaqlarına, gəzinti yeriniə, mətbəxə baxış keçirilib. Saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılıb.
Monitorinq zamanı inzibati qaydada həbs olunmuş 27 şəxslə görüş keçirilib, söhbətlər aparılıb.
O cümlədən Binə Ticarət Mərkəzində və 26 yanvar tarixində baş verən hadisələr zamanı inzibati qaydada həbs olunmuş şəxslərlə söhbət aparılıb. Söhbət aparılmış şəxslər saxlandıqları müddətdə pis rəftardan və saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşlarının davaranışından şikayət etməyiblər.
Modern.az