Modern.az

“İmza verək!” - Deputatdan gənclərə çağırış

“İmza verək!” - Deputatdan gənclərə çağırış

Aktual

4 Fevral 2013, 14:13

“Bildiyiniz kimi ölkəmizin ən ağrılı problemi Dağlıq Qarabağ problemidir və bu məsələnin həll olunması üçün hər birimiz nəyi bacarırıqsa onu etməliyik. Ağ Evin rəsmi veb-səhifəsində bu münaqişə  və Xocalı Soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi açıqlama verməsi üçün azərbaycanlılar tərəfindən 2 müraciət yerləşdirilib və lazımdır ki, hər birimiz cəmi 2-3 dəqiqəmizi sərf etməklə bu müraciətlərə imza verək.”

Bu sözləri millət vəkili Qənirə Paşayeva “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkil etdiyi “Müasir gənclik və milli şüur” adlı dəyirmi masada çıxışı zamanı gənclərə müraciətində deyib.

Millət vəkilinin sözlərinə görə, hər iki müraciətin hər biri üçün 100 mindən artıq səs toplanmalıdır, ona görə də gənclər sosial şəbəkələrdə daha fəal olmalı, hər kəsi bu müraciətlərə (petisiyalara) imza verməyə səsləməlidirlər.

"İmza vermiş hər bir şəxs hər gün tanıdığı 3-4 insana bu barədə məlumat versin və onlara imza vermək üçün kömək etsin! Kömək deyəndə mən nəzərdə tuturam ki, bəzi insanlarımız imza vermək istəyir, lakin ingilis dilini bilmir, bəzi insanlarımız necə akaunt yaradıb və müaricətə səs verməyi bacarmır. Mən kömək deyəndə bunu nəzərdə tuturam. Yəqin imza vermiş bütün insanlarımız belə insanları tanıyır. Bir daha müraciət edirəm ki, hər birimiz imza verək və imza vermək istəyən, lakin müəyyın səbəblərdən bunu edə bilməyən insanlara  kömək etsin! İmza verək ki, Ağ Evdə səsimizi eşitsinlər və Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı rəsmi açıqlama versinlər!”, - millət vəkili Qənirə Paşayeva çıxışında deyib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tanınması ilə bağlı müraciət üçün 100 min səs fevralın 22-nə qədər, Xocalı Soyqırımın tanınması ilə bağlı müraciət üçün 100 min səs fevralın 25-nə qədər toplanmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin tanınması ilə bağlı müraciətə imza vermək üçün aşağıdakı linkə daxil olursunuz:

//petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt

Daha sonra CREATE AN ACCOUNT (yuxarı sağ küncdə) tiklayırsınız və email ünvanınızı və özunuz haqqında məlumatı gostərilən ardıcıllıqla sistemə daxil edirsiniz və CREATE tiklayırsınız. 2 dəqiqə ərzində sizin email ünvanınıza 10 simvoldan ibarət məxfi söz yeni PASSWORD göndərilicək. Bundan sonra siz yuxaridaki LİNKİN yenə sag yuxarı kuncündə LOG İN yazısını tıklayırsınız və email ünvanınızı 1-ci qrafaya və emailinizə göndərilmiş məxfi sozü 2-ci qrafaya yazıb LOG İN edirsiniz.

 2-ci ADDIM LOG İN edib akauntunuza daxil olduqdan sonra bu //petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt LİNKƏ yenidən girirsiniz və SİGN THİS PETİTİON yazısını tiklayırsınız və bununla da İMZA vermiş olursunuz!

Xocalı Soyqırımın tanınması ilə bağlı müraciətə imza vermək üçün aşağıdakı linkə daxil olursunuz:

//petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı