Modern.az

Gənclərin apellyasiya şikayəti təmin edilmədi

Gənclərin apellyasiya şikayəti təmin edilmədi

Aktual

4 Fevral 2013, 16:43

Yanvarın 26-da Bakıda keçirilən “İsmayıllıya dəstək” aksiyasında cərimələnən gənclərin apellyasiya şikayəti təmin edilməyib. Modern.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində bu gün AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Türkel Azərtürk, Tuncaq Quliyev, Nihad Hüseyn, Tofiq Dadaşov, Vüsal Bayramov və başqa bir neçə nəfərin şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə şikayət təmin edilməyərək əvvəlki qərar qüvvədə qalıb.

Qeyd edək ki, yanvarın 26-da Bakıda keçirilən “İsmayıllıya dəstək” aksiyasında 28 nəfər saxlanılaraq cərimələnib. Onlardan 14-nün cəriməsi “5 qəpik” aksiyası çərçivəsində ödənilsə də,  digər 14 nəfər cərimələri ödəməkdən imtina edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı