Modern.az

“Azərkosmos” beynəlxalq sertifikat alıb

“Azərkosmos” beynəlxalq sertifikat alıb

Aktual

4 Fevral 2013, 18:20

“Azərkosmos” ASC ISO 9001: 2008 beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatını alıb. ASC-dən Modern.az-a verilən məlumata görə, Qafqazın ilk milli peyk operatoru olan “Azərkosmos” 2012-ci il ərzində sözügedən sertifikatın əldə edilməsi istiqamətində hazırlıq işləri aparılmış, bununla əlaqədar müəssisədə Keyfiyyət İdarəetmə Sistemi yaradılıb və təşkilatın fəaliyyəti bu istiqamətdə qurulub.

Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peykini 7 fevral 2013-cü il tarixində orbitə buraxdıqdan sonra Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq kimi regionlar üzrə 50-dən çox ölkəni birləşdirən coğrafiyada milyonlarca insana müasir informasiya və rabitə xidmətləri göstərərək dünya peyk sənayesinin tərkib hissəsinə çevriləcək “Azərkosmos” ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi və bu xidmətlərin keyfiyyət səviyyəsinin daim inkişaf etdirilməsini hədəfləyir. Bu məqsədlə ASC öz fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyət idarəetmə siyasətinin formalaşdırılması və müntəzəm izləmələrin aparılması ilə bu siyasəti həyata keçirən sistemin mütəmadi olaraq təkmilləşməsi istiqamətində iş aparır.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı