Modern.az

İlham Əliyev Nazarbayevə başsağlığı verdi

İlham Əliyev Nazarbayevə başsağlığı verdi

Aktual

4 Fevral 2013, 21:01

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə başsağlığı verib. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısının məktubunda qeyd edilib:

“Hörmətli Nursultan Abişeviç,

 Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

 Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...