“Mən hər verilişə çıxan adam deyiləm. Verilişlərə çıxmazdan öncə seçim edirəm”. Bunu Modern.az-a xalq artisti Nazpəri Dostəliyeva depressiyaya düşdüyü barədə deyilənlərə cavab olaraq söyləyib. Xanım müğənni efirlərə az-az çıxmasının səbəbini belə izah edib:
“Mən hər efirə, verilişə çıxan adam deyiləm. Ona görə ki, hər veriliş mənə uyğun deyil. Seçim edirəm, az-az çıxıram. Depressiyam-filanım yoxdur. Hər şey çox gözəldir. Yaradıcılığım davam edir. Sadəcə efirlərə az çıxıram. Studiyada yeni mahnılarım var, nə depressiyası!”.
Şahanə RƏHİMLİ