Modern.az

Ali məktəb diplomlarının yeni forması müəyyən olunacaq

Ali məktəb diplomlarının yeni forması müəyyən olunacaq

Aktual

5 Fevral 2013, 11:50

Ali məktəb diplomlarında müəyyən dəyişiklik edilə bilər. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin Xüsusi şöbəsinin rəhbəri Leyla İmaməliyeva deyib. O qeyd edib ki, ali məktəb diplomlarının içərisində müəyyən dəyişiklik edilə bilər.
“Bu hələ dəqiqləşməyib. Ola bilsin ki, ali məktəb diplomlarının içlik vərəqində müəyyən dəyişiklər edilsin. Bu isə ali təhsil müəssisələrinin yeni təhsil formasına keçidi, kredit sistemi ilə bağlıdır. Bu hələ tam dəqiq deyil. Hazırda ali məktəb diplomlarının sifarişi qəbul olunur. Sifariş bitəndən sonra məsələ Aparat rəhbərliyində müzakirə olunacaq və hardasa bir aydan sonra bu haqda tam məlumat vermək mümkündür”.

L.İmaməliyeva diplomlarının yeni formada çapı barədə məlumatlı olmadığını bildirib. “Bu haqda heç bir məlumatım yoxdur və ümumiyyətlə hələlik belə bir şey nəzərdə tutulmayıb”.

Şöbə rəhbəri hazırda 2013-cü ildə ali məktəbləri bitirəcək tələbələr üçün diplom sifarişlərinin qəbul olunduğunu vurğulayıb.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı