“İpoteka haqqında” Qanun layihəsi yaz sessiyasında müzakirə olunmayacaq. Bu barədə Modern. az-a millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, adı çəkilən qanun layihəsi yaz sessiyasının qanunvericilik işləri planına salınmayıb.
“Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı yaz sessiyasının birinci iclasında təsdiq edildi. Həmin planda ipoteka haqında qanun layihəsi yoxdur. Amma o demək deyil ki, qanun layihəsi gündəliyə salınmaya bilər. Hesab edirəm ki, bu qanun layihəsi hazır olarsa, Milli Məclis müzakirə edə bilər”, – deyə millət vəkili bildirib.
Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev dünən "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimal məbləği 35 min manatdan 50 min manatadək artırılıb.
Modern.az